Koxalski “Qarabağ”dan gedəcəyini təkzib etmədi - “Yarı-yarıyadır”
“Qarabağ”ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.
“Yenisirvanli.info.az”ın məlumatına görə, o, Misli Premyer Liqasının 28-ci turunda “Sabah”a 0:1 hesablı məğlubiyyətdən sonra bu barədə danışıb.
Koxalski bu ehtimalın yarı-yarıya olduğunu bildirib:
“Növbəti mövsüm komandada qalma şansım yarı-yarıyadır. Nə olacağını özüm də tam bilmirəm. Hazırda dəqiq şəkildə qalacağımı, yoxsa gedəcəyimi demək çətindir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: