Dünya çempionatının finalında çıxış edəcək 48 komandanın tam siyahısı bilindi

1-04-2026, 13:43 910 dəfə baxılıb

 

2026-cı il dünya çempionatının final mərhələsində çıxış edəcək 48 komandanın tam tərkibi bəlli olub.


Yenisirvanli.info.az xəbər verir ki, mundiala son vəsiqələri qitələrarası pley-off mərhələsinin qalibləri Konqo Demokratik Respublikası (DR) və İraq milliləri əldə ediblər.


Onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər. Konqo DR Yamaykaya 1:0, İraq isə Boliviyaya 2:1 hesabı ilə qalib gəlib.


Beləliklə, mundialın qrup mərhələsinin tərkibi belə müəyyənləşib:


A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya


B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina


C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti


D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə


E qrupu: Almaniya, Ekvador, Kot-d`İvuar, Kürasao


F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç


G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya


H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde


I qrupu: Fransa, Seneqal, Norveç, İraq


J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya


K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası


L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana


Qeyd edək ki, dünya çempionatı 11 iyun - 19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031