Madrid derbisində qol yağışı - Video

23-03-2026, 10:34 903 dəfə baxılıb


İspaniya La Liqasının 29-cu turunda Madrid derbisi baş tutub.


“Yenisirvanli.info.az” xəbər verir ki, “Real Madrid” doğma meydanda “Atletiko Madrid”i məğlub edib.


3:2 hesabı ilə bitən qarşılaşmada “Real”ın qollarını Vinisius Junior (52 və 72-ci dəqiqələr) və Federiko Valverde (55-ci dəqiqə) vurub. “Atletiko”da isə Ademola Lukman (33-cü dəqiqə) və Naüel Molina (66-cı dəqiqə) qapıçını keçməyi bacarıb.


Qarşılaşmanı izləyənlər arasında “Real”ın sabiq ulduzu Kriştianu Ronaldo da olub. O, “Santayqo Bernabeu”da keçmiş komandasının qələbəsinə şahidlik edib.


Bu qələbə ilə “Real Madrid” xallarını 69-a çatdırıb. La Liqaya 4 xal fərqlə “Barselona” liderlik edir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031