19 cüdoçumuz Varşavadakı turnirə qatılacaq

12-03-2026, 17:24 899 dəfə baxılıb

 

Martın 14-15-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa Açıq Turnirində Azərbaycanı 19 cüdoçu təmsil edəcək.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.


Yarışda 9 çəki dərəcəsində 15 kişi, 4 qadın idmançı tatamiyə çıxacaq.


Bunlar Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli, Günel Həsənli (hər ikisi 78 kq), Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Camal Feyziyevdir (+100 kq).


Kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov kollektivə rəhbərlik edəcək.


Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031