“Gedişat onu göstərir ki, komandada çox dəyişiklik olacaq” - Qurban Qurbanov

5-03-2026, 12:19 803 dəfə baxılıb

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yayda komandasında dəyişiklilərin çox olacağını deyib.


“Yenisirvanli.info.az” xəbər verir ki, o, bu barədə ötən gün Azərbaycan kubokunun 1/4 finalında “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra danışıb:


“Hər şey gözlənilir. Ola bilər dəyişiklik az olsun, amma bizdən asılı olmadan səbəblərdən komandada çox dəyişiklik ola bilər. Gedişat sanki onu göstərir. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031