Dünənki azarkeş sayı rekord qırdı - Fotolar

2-03-2026, 10:49 789 dəfə baxılıb


Misli Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.


“Yenisirvanli.info.az” PFL-ə istinadən xəbər verir ki, bu, ötən gün baş tutan “Qarabağ” - “Sabah” matçında baş verib.


Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.


Xatırladaq ki, buna qədər mövsümün rekordu 12-ci turda - “Sumqayıt” - “Qarabağ” (2:4) matçında qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalardan izləmişdi.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031