“Nyukasl”ın bizə uyğun olmayan oyun stili var” - Qurban Qurbanov - Video

10-02-2026, 17:38 621 dəfə baxılıb

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. 


“Yenisirvanli.info.az” xəbər verir ki, o bu barədə oyunöncəsi mətbuat konfrasında danışıb.


“Çempionlar Liqasının pley-off mərhələsində oynamaq Azərbaycan tarixində bir ilkdir. “Nyukasl” köklü klubdur, dünyanın bir nömrəli liqasından gəlmiş komandadır. Oyuna hazırlaşmaq üçün vaxtımız az idi. Amma kənardan futbolçularımın hazırlığına, oyun haqqında fikirlərinə diqqət edirəm. Görürəm ki, çox məsuliyyətli və həyəcanlıdırlar. Bu mənə bir az inam verir. Rəqibə baxmışıq, bəlkə də bizə uyğun olmayan bir oyun stili var.


Məncə, digər komandalar da onlara qarşı oynamaq istəməzlər. Buna baxmayaraq doğma meydanımızda yaxşı mübarizə aparmağa çalışacağıq. Bəzi komponentlərdə rəqib bizi üstələyir. Fiziki cəhətdən güclüdürlər və sürətli futbol oynayırlar”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031