Olimpiada medalları ilə bağlı problemlər üzə çıxdı - Fotolar

4-02-2026, 08:16 527 dəfə baxılıb


2026-cı il Qış Olimpiya Oyunlarında bəzi idmançılar medalların keyfiyyətindən şikayət edir.


“Yenisirvanli.info.az” xəbər verir ki, sosial mediada lentləri qırılan, zərbə zamanı çatlayan və ya parçalanan medalların fotoları paylaşılıb.


Rəsmilər vəziyyətdən xəbərdar olduqlarını və problemi araşdırdıqlarını açıqlayıb.


Amerikalı konkisürən Alysa Liu medalının lentinin qırıldığını göstərib, xizəkçi Brizi Consonun qızıl medalı isə lentindən ayrılıb və düşərkən çatlayıb. Conson yarışdan sonra ikinci yeri tutan Emma Ayçerə medalını taxarkən tullanmamağı tapşırıb.


Almaniya biatlon komandasının bürünc medalı şənlik zamanı yerə düşüb və hadisə sosial mediada paylaşılıb.


Olimpiya Oyunlarının məsul şəxsi Andrea Fransisi medallarda hansı problem olduğunu dəqiq araşdırdıqlarını bildirib.


Medalların davamlılığı problemi əvvəlki Olimpiadalarda da qeydə alınıb.


2022-ci il Pekin və 2024-cü il Paris Oyunlarında idmançılar keyfiyyətsiz medallardan şikayət etmiş, zədələnmiş medallar istehsalçı tərəfindən dəyişdirilmişdi. Bəzi idmançılar medalların “metal qırıntısı” kimi görünməsindən narazılıqlarını ifadə edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031