"Tottenhem"in baş məşqçisi: "İşimdən zövq almıram"

4-01-2026, 11:36 137 dəfə baxılıb

 

"Tottenhem"in baş məşqçisi Tomas Frank maraqlı açıqlama verib.


Yenisirvanli.info.az "The Guardian"a istinadən xəbər verir ki, o, öz işindən zövq almadığını etiraf edib.


"Tam gücünlə çalışmaq məcburiyyətindəsənsə və heç nə asan getmirsə, bundan zövq almaq çətindir. Əgər mən son gücümlə qaçıramsa, o andan zövq almıram. Biz indi elə bir vəziyyətdəyik ki, var gücümüzlə qaçırıq.


Beləliklə, mən işimdən zövq almıram. Reallıqda bu mümkün deyil. Amma bir addım geri çəkilib vəziyyətə kənardan baxdığımda düşünürəm ki, böyük transformasiya dövründə bu möhtəşəm kluba rəhbərlik etmək necə bir imtiyazdır. Bu, bir marafondur və indi mən onun ən çətin hissələrindən birindəyəm", - deyə Frank qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031