"Neftçi"nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu

16-12-2025, 16:29 131 dəfə baxılıb

 

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.


Bildirilib ki, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.


Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorj Kaşkilya ("İmişli") I, Valdas Dambrauskas ("Sabah") II turda debüt edib.


Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.


O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031