"Qarabağ"ın yarımmüdafiəçisi üçün Braziliyadan TRANSFER TƏKLİFİ

12-12-2025, 15:22 104 dəfə baxılıb

 

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo qışda komandadan ayrıla bilər.


Yenisirvanli.info.az  Braziliya mətbuatına istinadən xəbər verir ki, "Botafoqo" klubu 24 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.


Bildirilib ki, "Botafoqo" Bikalyonu satın almaq öhdəliyi ilə icarəyə götürmək üçün "Qarabağ"a təklif göndərib. Lakin bu təklif "Qarabağ" tərəfindən rədd edilib. "Qarabağ" futbolçu üçün birdəfəlik transfer ödənişi tələb edir.


Məlumata görə, oyunçu və onun nümayəndələri Braziliya futboluna qayıtmaqda açıq şəkildə maraqlıdırlar. "Botafoqo"nun Libertadores Kubokunda mübarizə aparmağı Pedro Bikalyonu motivasiya edir və o, artıq klub tərəfindən təqdim edilən layihəni bəyənib.


Qeyd edək ki, "Botafoqo" komandasının baş məşqçisi Braziliya millisini çalışdıran Karlo Ançelottinin oğlu Davide Ançelottidir.


Xatırladaq ki, Pedro Bikalyo "Qarabağ"a bu ilin yay transfer pəncərəsində "Palmeyras"dan qoşulub. Onun klubla olan müqaviləsi 2028-ci ilin yayına qədərdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031