"Qarabağ" "Ayaks"la oyundan əvvəl azarkeşlərə müraciət edib

8-12-2025, 10:22 101 dəfə baxılıb

 

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəyi matçdan əvvəl azarkeşlərə müraciət edib.


Yenisirvanli.info.az  xəbər verir ki, klub sosial şəbəkə hesabında matçı izləmək üçün azarkeşləri stadiona erkən gəlməyə çağırıb.


Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.


Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.


Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031