"Qarabağ" klubundan türkiyəli şərhçilərə xüsusi jest

1-12-2025, 16:24 119 dəfə baxılıb

 

Məşhur türkiyəli futbol şərhçisi Ertem Şener "Qarabağ"ın meneceri Emrah Çelikel və baş məşqçisi Qurban Qurbanov tərəfindən xüsusi olaraq hazırlanan formaları canlı yayımda "Beyaz Futbol" komandasına təqdim edib.


Yenisirvanli.info.az  xəbər verir ki, o bu barədə "Instagram" hesabında paylaşım edib.


Bütün formalarda yer alan "44" nömrəsi tamaşaçıların da marağına səbəb olub. Ertem Şener, bu xüsusi rəqəmin mənasını açıqlayıb:


"Formaların arxasındakı bu rəqəm Azərbaycanın 44 günlük Vətən müharibəsinə bir işarədir. Qarabağ Zəfəri əslində 10 noyabr tarixindədir. Amma Azərbaycan Prezidenti İlham Əliyev - "Qardaş ölkəm Türkiyədə noyabrın 10-u Atatürkün anım günüdür, o gün qeyd etməyək, noyabrın 8-də qeyd edək", - deyir. Bu səbəbdən zəfər noyabrın 8-də qeyd olunur. Türkiyə Futbol Federasiyasına da forma göndəriblər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031