Levandovski het-trik etdi

10-11-2025, 13:27 102 dəfə baxılıb

 

İspaniya La Liqasının 12-ci turunda “Barselona” səfərdə “Selta” üzərində 4:2 hesablı qələbə qazanıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, kataloniyalıların heyətində Robert Levandovski het-trik edib, bir qolu isə Lamin Yamal vurub.


Meydan sahiblərinin qollarını isə Sersio Kareyra və Borxa İqlesias qeydə alıblar. Oyunun sonlarında “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.


Bu qələbədən sonra Hansi Flikin rəhbərlik etdiyi komanda 28 xalla turnir cədvəlində 2-ci yerə yüksəlib. Lider “Real”ın isə 31 xalı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031