"Panatinaikos" klubu "Qarabağ"ın futbolçusu üçün skaut göndərib

24-10-2025, 13:31 134 dəfə baxılıb

 

"Panatinaikos" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir.


Yenisirvanli.info.az  Azerisport.com-a istinadla xəbər verir ki, onlar Ağdam təmsilçisinin "Atletik Bilbao" ilə matçına öz skautlarını göndəriblər.


Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir.


"Yaşıllar" bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir.


Qeyd edək ki, 30 yaşlı futbolçunun "Qarabağ"la 2027-ci ilin yayına qədər müqaviləsi var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031