Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

18-10-2025, 16:20 135 dəfə baxılıb

 

Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib.


Yenisirvanli.info.az  "Teleqraf"a istinadən xəbər verir ki, konfrans qapalı baş tutub.


Seçkilərin nəticəsinə görə, federasiyanın prezidenti yenidən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev seçilib.


İclasda İcraiyyə Komitəsinin heyətində də dəyişiklik edilib. Belə ki, Ağayar Axundzadənin yerinə olimpiya mükafatçısı Mövlud Mirəliyev İcraiyyə Komitəsinin üzvü seçilib.


Qeyd edək ki, R. Nəbiyev 2021-ci ildən Azərbaycan Cüdo Federasiyasının prezidentidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031