DÇ-2026 seçmə mərhələsi: Azərbaycan millisi Fransa yığmasına qarşı

10-10-2025, 08:41 73 dəfə baxılıb


Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda növbəti görüşünə çıxır.


Yenisirvanli.info.az  xəbər verir ki, komandamızın növbəti rəqibi Fransadır.


"Park de Prens" stadionunda keçiriləcək qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Oyunu Rohit Saqqinin rəhbərliyi ilə Norveçdən olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. VAR-da Tom Harald Haqen, AVAR-da isə Siqurd Krinqstad əyləşəcəklər.


Xatırladaq ki, tərəflər arasında indiyədək iki oyun keçirilib. 1994-cü ildə üz-üzə gələn rəqiblərin görüşü Fransanın 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. 1995-ci ildə Oserdə gerçəkləşən qarşılaşmada isə yığmamız 10 cavabsız qolla məğlub olub.


Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin İslandiya və Ukrayna milliləri yer alıblar. İslandiya ilə oyun 5-0 rəqibin qələbəsi ilə, Ukrayna ilə matç isə 1-1 hesablı bərabərliklə bitib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031