"Qarabağ"ın baş məşqçisi: "Sabah meydanda taktiki savaş olacaq"

30-09-2025, 16:28 76 dəfə baxılıb

 

"Kopenhagen"in nə etmək istədiyini bilirik".


Yenisirvanli.info.az  xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"ə (Danimarka) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.


O bildirib ki, "Kopenhagen"in üstün tərəflərini, vacib məqamları futbolçulara çatdırıblar:


"Biz böyük istəklə bu oyunu qazanmaq istəyirik. Nəticədən asılı olmayaraq, biz oyundan zövq almaq istəyirik. Sabah, ola bilsin ki, meydanda taktiki savaş olacaq. Mən özüm də 90 dəqiqə oyunun "içində" olacağam".


Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031