“Turan Tovuz” “Kəpəz”ə, “Sabah” “Sumqayıt”a qarşı

28-09-2025, 13:19 76 dəfə baxılıb

 

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulacaq. 


“Yenisirvanli.info.az” xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək. 


İlk olaraq “Turan Tovuz” əzəli rəqiblərindən olan “Kəpəz”i qəbul edəcək. Hazırda “Turan Tovuz” 9 xalla 5-ci, keçirdiyi 5 oyunun hamısında uduzan “Kəpəz” isə sonuncudur. Qərb derbisi saat 16:30-da başlayacaq.


Günün və turun son matçı isə Masazırda olacaq. Burada “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Sumqayıt” 10 xalla 4-cü, “Sabah” isə 7 xalla 7-cidir. Oyuna saat 19:00-da start veriləcək.


28 sentyabr


16:30. “Turan Tovuz” – “Kəpəz”


Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.


19:00. “Sabah” – “Sumqayıt”


Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031