"Bakı Fintex Forumu 2025" keçiriləcək

19-09-2025, 19:50 96 dəfə baxılıb

 

Oktyabrın 9-da "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə "Bakı Fintex Forumu 2025" keçiriləcək.


Yenisirvanli.info.az  xəbər verir ki, "Baku Marriott Hotel Boulevard"da keçiriləcək foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.


Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.


Yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.


Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar.


Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.


Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031