Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

4-07-2025, 11:02 223 dəfə baxılıb

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.


Bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kiloqram) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, Günay bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031