Minifutbol-2025: Azərbaycan millisi yarımfinal oyununa çıxır
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.
Görüş saat 20.00-da start götürəcək.
Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21.30-da başlayacaq.
Dünya çempionatı
Yarımfinal
30 may
20.00 Azərbaycan – Monteneqro
21.30 Macarıstan – Serbiya
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: