"Mançester Siti" Qvardiolanın yerinə məşqçi tapdı

22-02-2025, 18:06 2 dəfə baxılıb

 

"Mançester Siti" Çempionlar Liqasının 1/16 finalında "Real" tərəfindən kənarlaşdırıldıqdan və Premyer Liqada uğursuz nəticələr əldə etdikdən sonra klubun rəhbərliyi baş məşqçi Xose Qvardiolaya əvəzləyici tapmaq barədə ciddi fikirləşib...

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Nəşr qeyd edib ki, klubda müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Xosenin yerinə "Bayer"in baş məşqçisi Xabi Alonso ən uyğun variant hesab olunur. Şəhər rəhbərliyi Alonsonun oyun tərzini bəyənir. Bildirilir ki, "Siti"dən başqa həmçinin "Real" da Alonsonun baş məşqçiliyə namizədliyini düşünür.

Xatırlayaq ki, ötən il Xabi Alonso "Bayer"lə Bundesliqa və Almaniya kubokunu qazanıb, eyni zamanda komandanı "Atalanta"ya uduzduğu Avropa Liqasının finalına çıxarıb. (Lent.az)

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930