AFFA "Sabah" klubunu 4000 MANAT CƏRİMƏLƏDİ

3-04-2025, 19:52 67 dəfə baxılıb

 

AFFA İntizam Komitəsi “Sabah” klubunu 4000 manat cərimələyib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, buna komandanın məşqçisi Aleksey Antonyukun “Neftçi”yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.

“Neftçi” isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.

“Araz- Naxçıvan” klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun “Qarabağ”ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.


 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930