“Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq

28-03-2025, 12:52 156 dəfə baxılıb

 

“Qarabağ” bu gün “Turan Tovuz”la qarşılaşacaq

“Qarabağ” Misli Premyer Liqasında bu gün səfərdə “Turan Tovuz”la üz-üzə gələcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

19:30. “Turan Tovuz” – “Qarabağ”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930