Deputat AFFA-ya üsyan etdi: Futboldan uzaq bir qrup adamın…

26-03-2025, 10:00 1 dəfə baxılıb

 

“Futbol üzrə Azərbaycan Yşyığma komandası öz meydançasında Belarusa 2-0 məğlub oldu. Gerçəkdən bir yığma komanda! Haradan yığılıb, necə yığılı, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur. Əslində, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var. Sadəcə imtiyazlı və futboldan uzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, deputat Fazil Mustafa bu ifadələri qeyd edib. Onun fikrincə, yarı fərdi, yarı kollektiv təsərrüfatdır: ” Hərdən adama elə gəlir ki, “Qarabağ” komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir “Qarabağ” komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Primyer-Liqdə oynayan digər komandaların hər birinə 1 milyon evro pul qazandırıb. Yəni bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır. Yeri gəlmişkən, Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun onda birini bir yetim azərbaycanlı məşqçiyə versəydiniz, heç olmazsa üç ayda bir qələbə qazanardı”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930