Azərbaycanda DƏHŞƏT: Sürücü maşını ilə onu döyən şəxslərin üstündən keçdi

19-03-2025, 10:35 147 dəfə baxılıb

 

Gəncədə üç nəfər maşını sürətlə idarə edən sürücünü döyüb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.

Daha sonra sürücü və zərərçəkənlər müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalara yerləşdiriliblər. Vəziyyətlərinin normal olduğu bildirilir.

Xəsarət alanlar 1979-cu il təvəllüdlü M.Qəhrəmanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayevdir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.az-a açıqlama verib.

O bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031