Kəlbəcərdə yük avtomobili dərəyə aşdı - 2 nəfər öldü

18-03-2025, 10:36 102 dəfə baxılıb

 

Kəlbəcədə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu gün səhər saatlarında yük avtomobili Kəlbəcər rayon Qamışlı kəndində hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb.

Nəticədə, sərnişin 64 yaşlı Gəncə şəhər sakini M. Məmmədov hadisə yerində, digər sərnişin 48 yaşlı Şəmkir rayon sakini R. Şahnəzərov isə xəstəxanada ölüb.

Sürücü 37 yaşlı E. Nadirov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031