İllər əvvəl həbs edilən polkovnik vəfat edib

5-10-2026, 09:55 78 dəfə baxılıb

 

Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki Nemət Pənahov vəfat edib. 

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mərhum bu gün Qazaxın I Şıxlı kənd qəbirstanlığında dəfn ediləcək.

Qeyd edək ki, Nemət Pənahov 2020-ci ilin mayında DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilənlər arasında olub. Onlar Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları üçün balıqçılardan rüşvət almaqda ittiham olunurdular.

2021-ci ildə DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıblar.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031