Biləsuvarda kütləvi ZƏHƏRLƏNMƏ - 10 nəfər xəstəxanalıq oldu
Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinləri qidadan zəhərləniblər.
Yenisirvanli.İnfo.Az xəbər verir ki, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.
Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: