Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü

29-09-2026, 11:45 111 dəfə baxılıb

 

Bərdə rayonunda restoranda dava olub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, hadisə rayon ərazisindəki “Qızıl balıq” restoranında baş verib.

Restoranda müğənni kimi fəaliyyət göstərən Yeganə adlı xanım Yalçın adlı şəxslə sevgi münasibətində olub. Yalçın Yeganəyə görə restorana gəlib və onunla maraqlanıb.

Bir müddət əvvəl Yalçın yenidən restorana gəlib və Yeganənin müştərilər üçün oxuduğunu görərək ona irad bildirib. Yalçının restoranda səs-küy yaratdığını görən administrator Rafil Əhmədov (soyad şərtidir – red.) ona yaxınlaşaraq müştəriləri narahat etməməsini tapşırıb.

Yalçın yenidən səs-küy salaraq restoranın iş rejiminə mane olub. Rafil Yalçını restorandan çıxararaq qovub.

Hadisədən iki gün sonra Yalçın yenidən restorana gələrək Rafil ilə mübahisə edib. Nəticədə dava düşüb və Rafil baş zərbəsi ilə Yalçının burnunu sındırıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Rafil saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031