Qaradağda yük avtomobilləri toqquşub, sürücü kabinədə sıxılı vəziyyətdə qalıb

22-09-2026, 10:31 208 dəfə baxılıb

 

Bakının Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı yük avtomobili yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031