Zaqatalada yeniyetmənin idarə etdiyi maşın aşdı: Yaralılar var
Zaqatalada minik avtomobilinin aşması nəticəsində biri ağır olmaqla dörd nəfər xəsarət alıb.
Belə ki, Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi "Lada Priora" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər - Muxax kənd sakinləri, 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Korpusuna yerləşdiriliblər. Xəsarət alanlardan T. Ramazanovun vəziyyəti ağır qiymətləndirilir. Digər yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yenisirvanli.İnfo.Az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: