Gəncədəki yanğın tam söndürülüb- YENİLƏNİB-2

5-05-2026, 09:33 1 115 dəfə baxılıb

 

Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.


Bu barədə "Yenisirvanli.info.az"a FHN-dən məlumat verilib.


Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.


06:20


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə "Yenisirvanli.info.az"a FHN-dən məlumat verilib.


Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.


Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



05:46


Samux rayonunun ərazisində güclü yanğın başlayıb.


"“Yenisirvanli.info.az”ın aldığı məlumatlara görə, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.


Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031