Binəqədidə dəhşətli hadisə - Qadın və keçmiş əri öldü - Video

17-04-2026, 15:29 978 dəfə baxılıb

 

Bu gün Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.


“Yenisirvanli.info.az” Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun “Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərin birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.


Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə, partlayış baş verib. Qətli törədən kişi də hadisə yerində ölüb.


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.


Bildirilib ki, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.


Onların iki övladı olub, hər ikisi də hadisə zamanı işdə olub.


Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031