Məktəb pəncərəsindən yıxılan uşaq özəl xəstəxanaya yerləşdirildi

5-02-2026, 12:25 445 dəfə baxılıb

 

Ötən gün 163 nömrəli tam orta ümumtəhsil məktəbinin ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan 10-cu sinif şagirdi özəl xəstəxanaya yerləşdirilib.


Bununla bağlı “Yenisirvanli.info.az”a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.


Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) fevralın 4-ü saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.


Xatırladaq ki, almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031