Bakı Dəmiryol Vağzalında ölüm
Bakının mərkəzində orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yenisirvanli.info.az-ın məlumatına görə, hadisə yanvarın 22-də axşam saat 20 radələrində paytaxtın Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalının qarşısında baş verib.
Paytaxt sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov vağzalın girişində ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: