Bayram axşamı eyvandan yıxılan kişi öldü

2-01-2026, 11:24 114 dəfə baxılıb

 

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, Çayarxı kənd sakini 1972-ci il təvəllüdlü Sarvan Əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.


Bildirilib ki, həmin gün S.Əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031