Bakıda keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döydü

26-11-2025, 12:19 99 dəfə baxılıb

 

Bakıda yaşayan keçmiş məcburi köçkün çörəkpulu kartına görə arvadını döyüb.


Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.


Rayon ərazisində yaşayan, əslən Xocalı şəhərindən olan 1985-ci il təvəllüdlü Şahmurad Məmmədov (ad və soyad şərtidir) həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Onların birgə nikahdan iki övladları olub.


Şahmurad və yeni həyat yoldaşına keçmiş məcburi köçkün kimi aylıq 60 manat çörəkpulu verilsə də, qadın çörəkpulu kartını öz anasına verib. Şahmurad bu barədə dəfələrlə həyat yoldaşına irad bildirsə də, o, kartı anasından geri almayıb.


Bir neçə gün əvvəl Şahmuradın övladı xəstələnir və ona pul lazım olur. O, bu məqsədlə həyat yoldaşından xahiş edib ki, çörəkpulu kartını anasından alıb, ona versin. Qadın isə bu hadisədən əsəbiləşərək Şahmuradı təhqir edib. Nəticədə evdə dava düşüb və Şahmurad həyat yoldaşını döyüb.


Hadisə yerinə polis əməkdaşları gəliblər, Şahmurad saxlanılıb.


Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə ər-arvad barışıblar. Məhkəmə barışığı nəzərə alaraq Ş.Məmmədovu məsuliyyətdən azad edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031