Goranboyda yaşayış binasında döşəmə çöküb: Üç nəfər xəsarət alıb, 60 ailə təxliyə olunub

23-11-2025, 11:37 116 dəfə baxılıb

 

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.


Yenisirvanli.info.az  "Unikal"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.


Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031