Yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş... - Foto

13-11-2025, 09:38 100 dəfə baxılıb

 

Noyabrın 11-də paytaxtın Suraxanı rayonunda baş vermiş yanğında ölən şəxsin kimliyi müəyyənləşib.


Yenisirvanli.info.az  xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə baş verən yanğında ölən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsində iştirak edibmiş.


Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Qeyd edək ki, hadisə vaxtı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.


Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031