Gədəbəydə vətəndaş quyuya düşərək xəsarət aldı

30-10-2025, 10:23 137 dəfə baxılıb


Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalıb.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.


Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunublar.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Mehbalı Hüseynov həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.


Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031