Tərtərdə kişi keçmiş arvadını döydü, başına vedrə ilə zərbələr endirdi

21-10-2025, 10:43 81 dəfə baxılıb

 

Tərtərdə kişi keçmiş həyat yoldaşını döyüb.


Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə şəhər ərazisindəki fərdi yaşayış evində baş verib. Həmin ünvanda yaşaya Elxan Alıyev (ad və soyad şərtidir) 2017-c ildə həyat yoldaşı Fərqanədən ayrılsa da, məhkəmə onların bir evdə yaşaması barədə qərar çıxarıb. Çütlük rəsmi boşanmasına baxmayaraq, birgə nikahdan olan iki övladını birgə böyüdüb.


Bir müddət əvvəl Fərqanə, iki övladı və keçmiş qayınanası ilə birlikdə toy məclisinə gedib. Məclisdən qayıdarkən o, evdə keçmiş həyat yoldaşını sərxoş vəziyyətdə görüb. Fərqanə boşandığı üçün ona reaksiya verməyib və bu da Elxanı əsəbiləşdirib. O, Fərqanə ilə mübahisə edib. Mübahisə nəticəsində Elxan Fərqanəni yumruq və şillə zərbələri ilə döyməyə başlayıb. Fərqanə onun əlindən çıxaraq, evin hamam otağına keçib. Elxan onun arxasınca hamama gedərək, onu döyməyə davam edib. O, hamamda dəmir vedrəni götürüb və Fərqanənin baş və boyun nahiyəsinə çoxsaylı zərbələr endirib. Nəticədə Fərqanə ağır kəllə-beyin zərbələri alıb.


Hadisə yerinə polis əməkdaşları gəlib və Elxan saxlanılıb, fakta bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.


Tərtər Rayon Məhkəməsinin hökmü ilə E.Alıyevə 6 ay azadlığın məhdudlaşıdırlması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031