Beyləqandakı qəzada yaralanan digər qardaş da öldü

17-10-2025, 18:20 97 dəfə baxılıb

 

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.


“Yenisirvanli.info.az”ın məlumatına görə, oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alanlardan biri – 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.


Qeyd edək ki, qəza nəticəsində xəsarət alan digər şəxsin müalicəsi xəstəxanada davam edir. Hadisə zamanı yaralananların hamısı ANAMA əməkdaşı olub, həyatını itirənlər isə iki qardaş idi.


Xatırladaq ki, qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan 29 yaşlı Elvin Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat etmişdi.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031