Zaqatalada 44 yaşlı kişi faciəvi şəkildə öldü
Zaqatalada 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Yenisirvanli.info.az -ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində Zaqatala rayonunun Mamrıx kəndində baş verib.
Kənd sakini, 1981-ci il təvəllüdlü İslam Davudov yaşadığı kənddə şabalıd yığarkən ağacdan yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: