Kafenin qarşısında kişi bıçaqlandı

3-10-2025, 09:26 130 dəfə baxılıb

 

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, hadisə oktyabrın 2-si Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində yerləşən kafenin qarşısında qeydə alınıb.


1970-ci il təvəllüdlü Cəfərov Ağa Aydın oğlunun 1973-cü il təvəllüdlü Həsənov Nüsrət Bağman oğlunu bıçaqlamasına əsaslı şübhələr müəyyən edilib.


N. Həsənov daxilə keçən bədən xəsarəti alıb.


Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatla A.Cəfərov saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031