“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var

30-09-2025, 12:26 83 dəfə baxılıb

 

Bakıda ağır yol qəzası baş verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində - “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb.


Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.


Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031