Azərbaycanda çox sayda hərbçi MİNAYA DÜŞDÜ

6-08-2025, 10:17 215 dəfə baxılıb

 Kəlbəcərdə mina partlaması nəticəsində xəsarət alan hərbçilərin sayı 5-ə çatıb.

Yenisirvanli.İnfo.Az “Unikal”a istinadən xəbər verir ki, rayonun Vəng kəndi ərazisində “Ural” markalı avtomobil tank əleyhinə minaya düşüb.

Bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. Onlar yaxınlıqdakı hərbi hospitala yerləşdiriliblər. Yaralılara dərhal yardım göstərilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Qeyd edək ki, minaya düşən “Ural” markalı avtomobil Azərbaycan Ordusuna məxsusdur. Xəsarət alanların hamısı hərbçilərdir. Faktla bağlı araşdırma aparılır.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031