Kürdəmirdə 8 nəfər nədən zəhərlənib? - Səbəb AÇIQLANDI

23-07-2025, 10:26 552 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Kürdəmirin Cəyli kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. Kənd sakinləri qohumlarla birgə evdə yemək yedikdən sonra qəfildən onların halı pisləşib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, ümumilikdə səkkiz nəfər zəhərlənib. Onlardan ikisi uşaqdır.

Sitat.info  hadisənin səbəbini öyrənmək üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxlayıb.

Qurumdan verilən açıqlamada deyilir ki, Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalar aparılır.

Bildirilib ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.

"İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib. Faktla bağlı araşdırmalar davam edir", - açıqlamada deyilir.



 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031