"Batya Vasmoyski" vəfat edib

16-06-2025, 10:40 400 dəfə baxılıb

 

Ötən il Bakıda müntəzəm marşrut xətti üzrə sürücüsü kimi çalışan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, narkotik istifadəçisi olduğunu bildirən "Batya Vasmoyski" ləqəbli Bəxtiyar Ağaməmmədov vəfat edib.

Yenisirvanli.İnfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, onkoloji xəstəlik səbəbilə ötən gecə dünyasını dəyişib

Mərhumun "Həzi Aslanov" metrostansiyası yaxınlığında yerləşən qəbirstanlıqda dəfn olunuduğu bildirilir.

Xatırladaq ki, o, ötən il paytaxt ərazisində 40 saylı müntəzəm marşrut xətti üzrə sürücü kimi çalışıb.

B.Ağaməmmədovun avtobusla təhlükəli manevrlər etməsi, sərnişinlərlə kobud rəftar etməsi, qeyri-adekvat hərəkətləri diqqəti cəlb edib.

"Batya Vasmoyski"nin keçmişi ilə bağlı video çəkərək yutub kanalında yayımlayan tanınmış bloqer Nail Kəmərli isə "Qafqazinfo"ya açıqlamasında onun narkoman olmaqla yanaşı, təhlükəli yoluxucu xəstəlik olan vərəm daşıyıcısı olduğunu da bildirib.



 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031